15 C
Baku
Cümə, May 3, 2024
spot_img

Yaxın Şərqdə tektonik silah tətbiq olunub? Azərbaycanı zəlzələ gözləyirmi? – ARAŞDIRMA

Təbii fəlakətlər içərində ən qorxulularından biri də zəlzələdir. Ən təhlükəli məqam isə odur ki zəlzələni əvvəldən proqnozlaşdırmaq demək olar ki, mümkün deyil. Hələ ki, elm və texnologiyaya o səviyyəyə çata bilməyib. Ən yaxşı halda bir neçə dəqiqə əvvəl bilmək mümkündür. Bəzi ölkələrdə, məsələn seysmik aktivliyin yüksək olduğu və tez-tez güclü zəlzələlərin baş verdiyi Yaponiyada zəlzələ ocaqlarında aktivliyi ölçən həssas detektorlar quraşdırılıb və cəmi bir neçə dəqiqə əvvəl zəlzələ baş verəcəyini bilmək olur. Bu sistem mobil operatorlara inteqrasiya olunub və dərhal bütün mobil telefonlara zəlzələ həyacanı göndərilir və insanlar bir neçə dəqiqə ərzində təhlükəsiz yerə çəkilirlər. Üstəlik, Yapniyada binalar xüsusi texnologiya ilə tikilir və 8-9 ballıq zəlzələlərə də davam gətirə bilirlər. Buna görə də zəlzələ vaxtı bu ölkədə dağıntı və insan itkiləri minimum olur.

Bir neçə gün əvvəl Türkiyədə baş verən 7,6 və 7,7 bal gücündə zəlzələlər ölkənin cənub şərqində yerləşən 10 vilayəti darmadağın etdi. Yüzlərlə kənd, şəhər, minlərlə bina yerlə yeksan oldu. Bu günə olan məlumata görə ölənlərin sayı 20 minə, yaralıların sayı isə 70 minə çatır. 200 minə yaxın insanın dağıntılar altında olduğu ehtimal edilir. Zəlzələ dalğası Suriyanın şimal-qərb bölgələrini də vurdu və orada da ciddi dağıntılar törətdi, minlərlə insan öldü, on minlərlə yaralı var. Rəqəmlər artmaqda davam edir. Hazırda hər iki ölkədə humanitar fəlakət yaşanır. Dünya ölkələri yardım göndərirlər, lakin fəlakətin nəticələrini aradan qaldırmaq üçün çox uzun illər lazım gələcək. Suriyada humantar fəlakət daha dəhşətlidir. Bu ölkəyə kifayət qədər yardım göndərilmir və əhali aclıq və xəsarətlərlə üz-üzə qalıb.

Bir müddət əvvəl İranda da güclü zəlzələlər baş verdi və orada da bəzi bölgələrdə ciddi dağıntılar və itkilər var. Bu günlərdə bəzi başqa ölkələrdə də 4-6 bal arasında zəlzələlər müşahidə olunur.

Təbiətdə təbii fəlakətlər həmişə baş verib. Lakin elm və texnologiyanın inkişafı bəzi fəlakətləri süni də təşkil etməyə imkan verir. Son illərdə dünyanın böyük meşələrində ardıcıl yanğınların baş verməsinin süni yaradıldığı haqda çox ciddi faktlar ortaya çıxdı. Eləcə də, digər fəlakətlərin təşkil olunması üçün müvafiq texnologiyaların varlığı qeyd edilir. Bir sıra alimlər, araşdırmaçılar zəlzələnin də süni təşkil oluna biləcəyini, daha doğrusu aktiv zəlzələ ocağının tətiklənə biləcəyini və vaxtında əvvəl baş verməsinə nail olmağın mümkünlüyünü iddia edirlər. ABŞ və Rusiyada iqlim silahlarının, tektonik silahların mövcudluğu hələ ötən əsrdən etibarən bir çox araşdırmaçılar tərəfindən ortaya qoyulub.

Tektonik laylara elektromaqnit dalğaları yönəltməklə qıcıqlandırmaq hazırki elmin imkanları daxilindədir. Bununla bağlı elmi təcrübələr də keçirilib. Süni titrəyişdən praktikada müxtəlif məqsədlər üçün istifadə olunur. Bu metod daha çox neft sənayesində kəşfiyyat işləri, neft və qaz mənbələrini aşkarlamaq üçün tətbiq olunub. Geofiziklər yerin qatlarına seymsovibratorlarla dalğa göndərərək orada təzyiqi süni şəkildə qaldırır, bu da çox güclü dalğalar yaradaraq, daha dərinə təsir edir, dalğa yolu üstündəki müxtəlif tərkibli maneələrlə rastlaşdıqda fərqli titrəyişlər verir və oradan nəyin olduğu bilinir.

Seysmik texnologiyaların yaradılması üzrə işlər hələ keçən əsrin 2-ci yarısından SSRİ, ABŞ, Yaponiya və Çində alimlər tərəfindən işlənib hazırlanırdı. Bu texnologiyalar fəlakətlərin qarşısını almaq məqsədi ilə yaradılsa da, fövqəldövlətlərin ondan siyasi məqsədlə istifadəsi də mümkündür.

2011-ci il Yaponiyada baş verən, Fukusima AES-də də qəzaya səbəb olan zəlzələnin də tektonik silahla törədildiyi ilə bağlı yapon mütəxəssislərin ciddi iddiaları var. Çünki, təbii zəlzələlərdə heç olmasa bir neçə dəqiqə əvvəldən dəqiq siqnal alındığı halda, bu zəlzələ vaxtı ultrahəssas detektorlar zəlzələ ocaqlarında heç bir aktivlik hiss etməmişdi.

Ekspertlər bir neçə saat əvvəl Alyaska istiqamətindən əraziyə siqnal axınının olduğunu deyirdilər. ABŞ-ın Alyaskadakı HAARP stansiyasının rəsmi saytında 2,5 hers tezliyində siqnalın translyasiyasının zəlzələdən 2 gün öncədən ötürüldüyünü görmək olar. Bir çox alimlər əmindirlər ki, zəlzələ ocağını aktivləşdirmək üçün oraya əvvəldən də siqnal ötürmək və tədricən aktivləşməsinə nail olmaq mümkündür.

Bir qrup Çin alimi isə bir platforma yaradaraq bu zəlzələ barədə fikirlərini, sübutlarını ortaya qoymuş, onun təbii yox, texnogen mənşəli olduğunu sübut etmişdilər.

HAARP maqnitometrinin bazasındakı məlumatlar da konkret şəkildə sübut edir ki, Yaponiyadakı 2011-ci il zəlzələsi və bunun nəticəsində baş verən və AES-də qəza yaradıb “2-ci Çernobıl”a səbəb olan dəhşətli sunami təbiət hadisəsi deyildi.

Bir çox Amerika ekspertləri iddia edirlər ki, ABŞ-da HAARP-ın üzən platforması var, o platforma gəmidə quraşdırılıb və istənilən yerdə peyda ola bilər. Dünyada son dövrlərdə baş verən güclü zəlzələlərin bir çoxunda, o cümlədən Türkiyədəki son 3 zəlzələdə isə amerikan “seysmik araşdırma” gəmisinin 1-2 gün əvvəldən həmin əraziyə yaxın sularda lövbər atması bilinən faktdır. Son zəlzələdən 2 gün qabaq türk ekspertlərinin həmin gəminin Türkiyə sahillərində nə axtardığı haqda sualını tv verilişində dinləmişdim.

Mövzunu konkretləşdirərək sadəcə faktlara baxaq;

  • Fövqəldövlətlərdə iqlim dəyişdirmə texnologiyaları, tektonik laylara təsir edə bilən sistemlər mövcuddur və bu texnologiyadan aktiv seysmik zonalarda istifadə mümkündür.
  • Türkiyənin son illərdə Qərblə ciddi problemləri və NATO-ya tabe olmaması bu ölkənin ən yüksək səviyyələrdə hədələnməsi ilə müşayiət olunur. Bu sözlər son günlərdə zəlzədən ciddi dağıntılra məruz qalan İran və Suriyada da aiddir.
  • Son bir neçə zəlzələdə məhz həmin Amerikan gəmisinin heç bir ehtiyac olmadan zəlzələ zonasında peyda olmasının və Amerika səfirinin  nəhəng ABŞ bayrağ və kiçik Türkiyə bayrağı fonunda dayanıb Türkiyəni hədələməsinin heç bir məntiqli izahı ola bilməz.
  • Süni zəlzələ yaradılmır, aktiv zəlzələ ocağına qızışdırıcı dalğalar verilir və nə vaxtsa baş verəcək proses “lazimi vaxta keçirilir”.
  • Son dövrlərdə dünyada baş verən  zəlzələlərin bəzilərinin təbii ola bilməyəcəyi haqda müxtəlif alim və araşdırmaıların ciddi elmi arqumentləri var. Məsələn, 2011-ci il Yaponiya zəlzələsi, 2004-cü il İndoneziya zəlzələsi, 1999-cu il Türkiyə zəlzələsi. Türkiyədə son zəlzələnin də heç bir seymik aktivliyi olmayan Kağızxana deyilən yerdən başlaması düşünməyə əsas verir.
  • Zəlzələdən qabaq Qərb ölkələrinin diplomatlarını ölkədən çəxarması və vətəndaşlarına Türkiyəyə səfər etməməyi məsləhət görməsi (guya terror təhlükəsi bəhanəsilə) də şübhəli məqamdır.

İran, Türkiyə və Suriyada zəlzələlərin törətdiyi qorxunc dağıntılar Azərbaycanda da qorxu yaradıb. Bəziləri düşünür ki, son dövrlərdə tikilən binaların çoxu keyfiyyətsizdir və davamlılığı aşağıdır. 

Hüquqşünas Sahib Məmmədov deyib ki, Bakıdakı yeni binalar güclü zəlzələyə davamlı deyil, köhnə binalar daha etibarlıdır: “Sovet dövründə inşa edilən yaşayış binaları Bakının iqliminə, şəraitinə və relyefinə nisbətən uyğun idi və onlar zəlzələyə daha dözümlü hesab edilir. Bu binalar tikilən zaman tikinti standartlarına tam əməl olunub, istifadə olunan beton və armatur indiki beton və armaturdan daha keyfiyyətli idi. İndi armatur əsasən köhnə metalların yenidən əridilməsi yolu ilə hazırlanır və təbii ki, onun davamlılığı zavodlarda texnoloji qaydalara tam əməl edilməklə hazırlanan armaturlardan azdır. Bu materiallarla tikilən binaların 8 ballıq zəlzələyə davam gətirməsi barədə fikir söyləmək çox çətindir. Xüsusən də yamaclarda inşa edilən binaların. Nisbətən yüksək ballı zəlzələ baş verərsə yamaclarda tikilən binalar daha böyük təhlükə qarşısında qala bilər. Yasamal, Badamdar hissələrində hazırda geoloji şərtlər tam nəzərə alınmadan böyük tikinti işləri aparılır. Əvəllər binalar 5 və 9 mərtəbəli olurdu. Həyətlər isə geniş. İndi həyətlərin əksəriyyətində əlavə binalar, ofislər, ticarət obyektləri, qarajlar tikilib və az qala bütün həyətlərdə yerli hakimiyyət orqanlarının rəsmi və qeyri-rəsmi razılığı ilə tikintilər aparılır. Bu isə fövqəladə hallarda xilasetmə işlərini çətinləşdirir. Dar küçələrdəki birmərtəbəli və ikimərtəbəli evləri söküb yerində 20 və daha çox mərtəbəsi olan binalar tikilir. Təbii və texnogen qəzalar baş verdikdə xilasedicilərin hadisə yerinə çatması da ayrı bir problemdir”.

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin fikrincə, 8 ballıq zəlzələ zonası ilə müqayisədə 9 ballıq ərazidə tikinti apararkən, hesablanmış normativlərə görə 40 faiz əlavə vəsait qoyulmalıdır. Yəni, 8 ballıq zonada bina 1 milyona başa gəlirsə, 9 ballıqda 1 milyon 400 min manata başa gələcək. Tikinti şirkətləri əlavə vəsait xərcləmək və bunun vergisini vermək istəmirlər”.

Mərkəz rəhbəri deyib ki, Azərbaycanda yaxın günlərdə zəlzələ baş verəcəyi ehtimalı yoxdur. Lakin sonrakı dövrlərlə bağlı dəqiq heç nə demək olmaz.

Mərkəzin icraçı direktoru Rauf Muradov da SİA-ya bildirib ki, Türkiyədə baş verən zəlzələnin Azərbaycana sirayət etməsi gözlənilən bir hal deyil. Azərbaycanda demək olar ki, hər gün zəif ballı zəlzələlər baş verir. Bu zəif zəlzələlərin baş verməsi təbii ki, müsbət bir haldır. Ona görə ki, bunlar yerin tərkibində olan enerjinin boşalmasına səbəb olur. Buna görə də Azərbaycanda yaxın günlərdə zəlzələnin olma ehtimalı yoxdur”.

İcraçı direktor deyir ki, zəlzələnin qarşısını birmənalı şəkildə almaq mümkün deyil, lakin bu təbiət hadisəsinin fəsadlarını yumşaltmaq mümkündür: “Zəlzələ baş verdiyi zaman müəyyən tədbirlər görülməlidir. Öncə şəhərə həyəcan siqnalı verilməlidir. Çünki bu vasitə ilə insanlar zəlzələnin baş verdiyini biləcəklər. Daha sonra insanlarımıza xüsusi təlimatlar keçilməli və lazımi ləvazimatlarla təmin olunmalıdırlar. Hər bir rayonda İcra Hakimiyyətləri zəlzələ zamanı insanların toplanması üçün müəyyən ərazi yaratmalıdırlar. Bu vasitə ilə insanlar zəlzələ zamanı panikaya düşməyib həmin ərazidə toplanmalıdırlar. Ümumilikdə vətəndaşlar zəlzələdən öncə, zəlzələ zamanı və sonrası davranış qaydalarını bilib, əməl etsələr insan itkisinin qarşısını almış olacaqlar”.

Mərkəz rəsmisi Azərbaycanda seymsik xəritələrin hazırlanmalı olduğunu qeyd edib: “SSRİ vaxtı bu xəritələr hazırlanmışdır. Hər bir binanın altı yoxlanılmalı və seysmik xəritələri çıxarılmalıdır. Binalar inşa olunarkən mütləq onların xəritələri çıxarılmalıdır. Biz bununla əlaqədar olaraq Nazirlər Kabnetinə müraciət etmişik. Dünya Bankının nümayəndələri də bizim bu fikrimizi dəstəkləmişdilər və bildirilmişdir ki, bu fəaliyyətimiz davam etdirilsin. Lakin bu proses müəyyən maliyyə tələb edir. Fikrimcə, Nazirlər Kabineti də olunan müraciətləri zamanında qiymətləndirəcək. Çünki bu xəritələrin hazırlanmasına ehtiyac var”.

Ölkəmizdə binaların zəlzələyə davamlı olması ilə bağlı müxtəlif fikirlər var. Bəzi ölkələrin təcrübəsindən istifadə etmək çşağırışları var- məsələn Yaponiyada və bəzi başqa ölkələrdə binaların alt kolonlarına amortizasiya qurğusu quraşdırılır ki, bu da zəlzələnin binanın silkələməsini 3 dəfəyədək azaldır. Yəni 8 ballıq zəlzələni bina 3 bal kimi hiss edir. Bundan başqa dəmir beton materialların keyfiyyət standartları da artırılmalıdır. Lakin bunların tətbiqi nəticəsində maliyyə xərcləri artır.

Yaxın Şərqdə baş verən son dağıdıcı zəlzələlərdən sonra ictimai fəallar tərəfindən Azərbaycandakı binaların zəlzələyə davamlılığının yoxlanması tələb edilir. Qeyd olunur ki, 2019-cu ilədən yeni tikilən binaların zəlzələyə davamlılığının ölçülməsi tələbi var idi lakin həmin ildən bu tələb götürülüb. Hər bir halda bütün binaların yoxlanması və ehtiyac olan binaların möhkəmləndirilməsi vacibdir. Səbəbləri aradan qaldırmaq, sonra ağır nəticələrlə uğraşmaqdan yüz dəfə yaxşıdır. Hələ belə fəlakətlər zamanı minlərlə insanın həlak olacağı ehtimalı belə bu işə başlamağa çağırır.

Hələlik isə ümid edək ki, Azərbaycanda dağıdıcı zəlzələ və ya digər güclü təbii fəlakət baş verməyəcək.

Elçin Bayramlı

Mənbə – sia.az

TvPress.Az
TvPress.Azhttp://tvpress.az
TvPress İnternet Qəzeti

Related Articles

CAVAB YAZ

Şərhi daxil edin.
Adınızı daxil edin.

BİZƏ QOŞUILUN

21,992FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

XƏBƏR LENTİ