23 C
Baku
Bazar ertəsi, Aprel 29, 2024
spot_img

Amerikanın demonkratik sifəti – KÜNCDƏN BAXIŞ

Elçin Bayramlı

Dünyada özünü demokratiyanın və insan hüquqlarının qoruyucusu kimi təqdim edən ABŞ bunun tam əksini etməklə məşğuldur

ABŞ-ın ermənipərəstliyinin səbəbləri haqda çox yazılıb. Bunun kökü xeyli əvvələ dayanır, bu barədə bir qədər sonra. Hələlik isə günümüzdəki siyasətinin səbəblərindən danışmaq istəyirik. Təbii ki, burada bir əsas səbəb var: Qafqaza soxulmaq üçün Gürcüstan əməliyyatı Rusiyanın mane olması nəticəsində tam istədikləri kimi alınmadığından rəngli inqilab nəticəsində Paşinyan komandasını hakimiyyətə gətirdikləri Ermənistana dəstək verməklə regiona soxulmağa bəhanə əldə etmək.

Bu siyasətin həm də dərin mənəvi-psixoloji, siyasi fəlsəfəsi var. Dünyada erməni lobbisinin hamisi, mərkəzi ABŞ-dır. Hələ Soyuq Müharibə dövründə ABŞ və qərb müttəfiqləri SSRİ-nin daxildən dağıtmaq üçün etnik münaqişə törətmək planının üzərində dayananda bunun üçün ən yaxşı alətin ermənilər olduğunu aydınlaşdırdılar. Çünki ermənilərin türklərə qarşı iddia etdikləri saxta soyqırım yaraları və azərbaycanlılara qarşı törətdikləri soyqırımlar  var və onları bu yöndə formalaşdıraraq SSRİ daxilində azərbaycanlılara qarşı qoymaqla və iki xalqı müharibə həddinə gətirməklə Sovet İttifaqını daxildən parçalamaq planı effektiv görünürdü və elə də oldu.

70-80-ci illərdə qəftətən ABŞ-da Fransada və digər Qərb dövlətlərində erməni lobbisi peyda olur və dəfələrlə gücləndirilir. Bunlara yönəldilən pullarla çox sayda təşkilatlar, media quruluşları, şirkətlər təşkil olunur. Erməni lobbisi gücləndirildikdən sonra onlardan SSRİ-dəki erməniləri “maarifləndirmək” üçün geniş istifadə olunur. Etnik qarşşıdurma təşkil olunduqdan və proseslər qızışandan sonra ABŞ tərəfindən SSRİ rəhbərliyi qarşısında “məzlum” ermənilərin müdafiəsi tələbləri ilə məsələ qaldırılır və Moskvaya bununla bağlı siyasi təzyiqlər edilir. Sonrası hamısınıza məlumdur.

Lakin biz təkcə bu məsələləri yox, bu dövlətin özünün dünyada törətdiyi saysız-hesabsız, müharibə, terror, qırğın və s faciələrdən bəzilərini də xatırlatmaq istəyirik.

ABŞ-ın bir dövlət kimi yaranması məhz çoxsaylı və kütləvi soyqırım aktları nəticəsində baş verib. “Yeni dünya”ya gələn avropalılar Amerika qitəsinin yerli xalqlarını sözün əsil mənasında çəyirtkə kimi qırdılar, on milyonla aborigen amansızlıqla və kütləvi şəkildə məhv edildi. Hətta soyqırımı daha fəal həyata keçirənlərə, yəni daha çox insan öldürənlərə xüsusi mükafatlar belə təyin olunmuşdu.

ABŞ müstəqilliyini elan etdikdən sonra öz tarixi ərzində dünyada törətmədiyi müharibə, təcavüz, qırğın, terror aktı qalmayıb. Biz bunu  I və II dünya müharibələri zamanı da, Yaponiyaya iki dəfə atom bombası atarkən də, keçmiş Yuqoslaviya ərazisinə, Vyetnama, Liviyaya, Koreyaya, İraqa, Əfqanıstana, Suriyaya, İraqa… hücumlar edərkən də görmüşük.

İndi sizə Amerika qitəsində aborigen xalqların 100 milyondan artıq nümayəndəsinin məhv edilməsindən sonra həyata keçirdikləri bəzi qanlı qırğın faktlarını xatırlayaq;

-1898-də Kuba və Meksikanı işğal etdi,

-1921-də Nikaraquanı işğal etdi,

-1945-də heç bir zərurət olmadan Yaponiyaya 2 dəfə atom bombası atdı və 250 min dinc insanı məhv etdi, milyonlarla insanı əlil etdi,

-1950-53-də yüz minlərlə koreyalını qətlə yetirdi,

-1954-də minlərlə qvatemalalını öldürdü,

-1956-59-da Kubada amerikalıların Batista ilə birgə həyata keçirdiyi əməliyyatlarda 60 min kubalı öldürüldü,

-1965-də ABŞ əlaltısı Suxarto 1 milyon indoneziyalını qətlə yetirdi,

-1965-də Dominikan Respublikasına desant çıxardı və 10 min insanı məhv etdi,

-1975-də Vyetnamdan qovulan Amerika ordusu bakterioloji və kimyəvi silahların tətbiqi nəticəsində fəlakətə düçar olmuş milyonlarla ölü və yaralı buraxdılar,

-1970-75-də Kamboca və Laosda milyonlarla insanı öldürdülər,

-1973-də Çilidə CİA-nın hazırladığı hərbi qiyamda 30 min nəfər öldürüldü,

-1970-ci illərin sonunda Argentinada ABŞ-ın faşist generallarla birgə fəaliyyəti nəticəsində 30 min nəfər məhv edildi,

-1983-də Livana 14 min amerikan dəniz piyadası çıxarıldı və minlərlə insan öldürüldü.

-1985-də qlobal quldurluq numunəsi göstərərək Liviyanı bombaladı, 1000-ə yaxın mülki vətəndaş öldürüldü,

-1989-da Panamaya ordu yeridildi- 5 min nəfər öldürüldü,

-1991-də İraqın Küveytə müdaxiləsini bəhanə edərək digər imperialist dövlətlərlə birlikdə İraq xalqının başına bombalar yağdırdı, yüzlərlə dinc sakin həlak oldu,

-Keçən əsrin son illərində Əfqanıstan, Sudan və Somaliyə müdaxilə edib, nəzarətə götürdü, Sudanı parçaladı,

-2011-də Liviyada yenidən vətəndaş müharibəsi törədərək ölkəyə hərbi müdaxilə etdi və on minlərlə liviyalını məhv etdi.

-2012-ci ildə Suriyada yaratdığı İŞİD, Ən Nüsrə və sair terrorçu təşkilatlar vasitəsilə vətəndaş müharibəsi törətdi və indiyədək 5 milyona yaxın insan həlak olub…

-Son illərdə dünyada (Ukrayna, Fələstin, Qazaxstan, Gürcüstan və s) törətdikləri müharibələr və qarşıdurmaların acı nəticələrini isə hələ də görür və yaşayırıq.

Belə faktların sayı-hesabı yoxdur, hamısını sayıb vaxtınızı niyə aparaq ki? Özünüz hər şeyi bilirsiniz.

Son 30 ildə Qarabağdakı seperatçı və terrorçu rejimə hər öz rəsmi dövlət büdcəsindən milyonlarla dollar vəsait ayrımasını da bilirsiniz. Həmin pullarla o terrorçular silah texnika alıb minlərlə azərbaycanlını öldürürdülər. Azərbaycana qarşı bədnam 90-7-ci düzəliş biabırçılığını isə hələ də unutmamışıq. Bu düzəliş terrorçu və işğalçı ölkəyə yox, terrora, soyqırıma, işğala məruz qoyulmuş ölkəyə qarşı qoyulmuşdu.

Dediyim odur ki, belə bir dövlətdən ədalət, demokratiya, beynəlxalq hüquqa riayət etməyi gözləmək absurddur. Ona görə də ABŞ-ın Ermənistanı müdafiə etməsində şəxsən mənim üçün təəccüblü heç nə yoxdur.

Onsuz da artıq bu əməllərin heç bir faydası yoxdur, Azərbaycan işğalda olan ərazilərini öz gücünə və ABŞ kimi dövlətlərin maneçiliyinə baxmayaraq azad etmiş, öz əraziləri üzərində öz hakimiyyətini bərpa etmişdir. Bundan sonra heç bir dövlət Azərbaycana qarşı belə əməllər törədə bilməyəcək- İstər ABŞ olsun, istər Ermənistan, istərsə də başqası. Ona görə də “Ağ ev” öz qara planlarından əl çəksə yaxşı olar.

TvPress.Az
TvPress.Azhttp://tvpress.az
TvPress İnternet Qəzeti

Related Articles

CAVAB YAZ

Şərhi daxil edin.
Adınızı daxil edin.

BİZƏ QOŞUILUN

21,992FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

XƏBƏR LENTİ