16 C
Baku
Bazar ertəsi, Aprel 29, 2024
spot_img

Bakıda tramvay xətləri bu ərazilərdən keçəcək – MARŞRUTLAR

Bakıda tramvay və metrobus ictimai nəqliyyat növləri yaradılacaq.

TvPress.Az xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Bakıda infrastrukturun yenidən aktivləşdirilməsi və daha səmərəli istifadə olunması planlaşdırılır.

Bunun nəticəsi olaraq tramvay – elektrik qatarı sisteminin tətbiqində mövcud və yenidən qurulan dəmir yolu infrastrukturunun imkanlarından istifadə oluna, həmçinin sürətli tramvay nəqliyyatı (STN) infrastrukturun genişlənməsi imkanı yarana bilər.

Məlumat üçün bildirək ki, 2027-ci ilə qədər tramvay sisteminin Bakı Dəmiryolu vağzalı ilə (mərkəzi nəqliyyat qovşağı) əlaqələndirilməsi belə olacaq:

• Bakı Limanı sahəsinin dəmir yoluna birləşdirilməsi;

• mərkəzi Bakı Stansiyasının dəmir yolu qovşağı kimi tamamlanması;

• giriş/çıxış edən sərnişinlər üçün bir nəqliyyat vasitəsindən digərinə keçidin

asanlaşdırılması;

• əsas mərkəzi yeraltı parklanma sahəsinin (Hökümət Evinin yanı) dəmir yolu ilə

əlaqələndirilməsi;

• Bakı Bulvarı ilə İçərişəhər ərazisinin relsli ictimai nəqliyyat xətləri ilə əlaqələndirilməsi.

“Ağ şəhər” və “Port Baku” ərazisinin dəmir yolu əlaqəsinin təkmilləşdirilməsi:

• “Ağ şəhər” bulvarı xəttinin yaradılması;

• Mərkəzi “Ağ şəhər” xəttinin salınması.

28 May dəhlizinin inkişafının davam etdirilməsi:

• Mərkəzi Bakı Stansiyası ilə Tofiq Bəhramov adına Respublika Stadionu arasında

birbaşa əlaqənin yaradılması;

• Gənclik metro stansiyasının çoxmodallı qovşaq kimi inkişafı;

• şəhər daxilinə birbaşa və mərkəzi Şimal-Cənub əlaqəsinin yaradılması;

• yaşıl və qırmızı metro xətləri arasında əlaqənin qurulması.

Binəqədi ərazisinin dəmir yolu əlaqəsinin təmin edilməsi:

• dəmir yolu vasitəsilə Binəqədi və Bakı Dəmiryolu vağzalı arasında tramvay nəqliyyatı əlaqəsinin yaradılması.

Gələcək inkişaf – 2040-cı il

Tramvay əlaqəsinin cənub-qərbə doğru uzadılması:

• təklif olunan mərkəzlərin yüksək sərnişindaşıma qabiliyyətinə malik ictimai nəqliyyat

sistemləri vasitəsilə şəhər mərkəzi ilə əlaqələndirilməsi;

• cənub-qərb istiqamətində dəmir yolu nəqliyyatı ilə təminatın əhatə dairəsinin

genişləndirilməsi.

Şəhər inkişaf layihələrinin həyata keçirildiyi ərazilərdə dəmir yolu nəqliyyatı ilə təminatın əhatə dairəsinin genişləndirilməsi:

• relsli nəqliyyat sistemlərinin şəhəri tam əhatə etməsinə nail olunması;

• Nəriman Nərimanov prospekti ətrafındakı şəhər inkişaf ərazilərində dəmir yolu.

nəqliyyatı ilə təminatın əhatə dairəsinin genişləndirilməsi;

• “Təmiz Şəhər” ərazisinin yüksək sərnişindaşıma qabiliyyətinə malik ictimai nəqliyyat

vasitəsilə əlaqələndirilməsi;

• “Ağ şəhər”in şərq hissəsində dəmir yolu nəqliyyatı ilə təminatın əhatə dairəsinin daha

da genişləndirilməsi;

• Bakının mərkəzinin şərq hissəsində qarşılıqlı əlaqələndirmənin təmin edilməsi.

Tramvay-qatar sistemi üçün keçid nöqtələrinin əlavə olunması:

• Bakı şəhər mərkəzi ilə Binəqədi arasında əlaqənin gücləndirilməsi;

• Dərnəgül dəmir yolu magistralına qoşulma;

• dəmir yolu magistralının son 11 km-lik hissəsinin yüklənmədən azad olunması;

• şəbəkənin gücləndirilməsi (ehtiyat variantlar, sistemin rezervləşdirilməsi)

baku.ws

TvPress.Az
TvPress.Azhttp://tvpress.az
TvPress İnternet Qəzeti

Related Articles

CAVAB YAZ

Şərhi daxil edin.
Adınızı daxil edin.

BİZƏ QOŞUILUN

21,992FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

XƏBƏR LENTİ