17 C
Baku
Bazar, Aprel 28, 2024
spot_img

Azərbaycanlı startapçıdan dünyaya töhfə

Azərbaycanlı startapçıdan dünyaya töhfə: özündə su depolayıb, parçalana bilən torpaq əlavəsi gələcəyin su qıtlığı problemini demək olar ki, aradan qaldıracaq. Belə ki, startapçı topaqdakı artıq nəmliyi özündə depolaya və quraqlıq zamanı bitkini su ilə təmin edə bilən məhsul hazırlayıb. Hətta bu məhsul yalnız sudan istifadə intensivliyini azaltmır, həmçinin, bazardakı digər məhsullardan fərqli olaraq, nəinki torpağın altında polimer kimi qalmaq, hətta parçalanaraq torpağı münbitləşdirir.

Kənd təsərrüfatında əsas qayğılardan biri də su problemidir. Gələcəyin texnologiyası olan bu məhsuldan istifadə edərək fermerlər kənd təsərrüfatında istifadə etdikləri suyun iri miqdarına (20-30%inə) qənaət edir, gübrədən istifadəni əhəmiyyətli dərəcədə azaldır. Hətta, torpaq əlavəsindən istifadə edən fermerlərin məhsuldarlığına böyük ölçüdə müsbət təsir göstərir.

Ərazi suvarılarkən və ya əsasən, yağış yağarkən normal şəraitdə suyun böyük miqdarı israf olunur, lakin torpaq əlavəsi olan bu məhsul artıq qalan suyu özündə topluyur və quraqlıq olduğu zaman torpağa nəmlik ötürərək bitkilərin su ehtiyaclarını ödəyir. Elə əkin sahələri də var ki, onlar dəmyə ərazilərdir – yəni yağışın hesabına suvarılır. Yağış yağmayanda və ya gec yağanda problemlər özünü hər tərəfli mənada göstərir. Bu o deməkdir ki, dəmyə ərazisiləri yenilikçi innovasiya nəticəsində fermerlər üçün daha az narahat edici olacaq.

Texnologiyanın sahibi olan gənc startupçı Emil Hüseynlinin sözlərinə görə hiqroskopik məshul laboratoriya şəraitində hazırlanıb və Əkinçilik Elmi Tətqiqat İnstitunda laboratoriya testini uğurla tamamlayıb və göstəricilərə görə bu texnologiya öz çəkisindən 250 – 300 dəfə daha çox suyu toplaya bilir. Bu isə 10 qram məhsulun 3 litr artıq suyu depolaya bildiyini göstərir.

Torpağın temperaturunun artması və nəmliyin azalması bitkinin suya ehtiyacı olduğunu göstərir. Bu zaman, bitkinin köklərinə yaxın yerləşdirilmiş məhsulun tərkibindəki su bitkiyə geri verilir və beləliklə fermerlərin sudan istifadə intensivliyi azaldır və həm fermerlərə iqtisadi həm də ekoloji müsbət nəticələr göstərir.

Bakı Ali Neft Məktəbində neft qaz mühəndisliyi üzrə təhsil alan Emil Hüseynlinin sözlərinə görə torpaq əlavəsi suyu özünə çəkəndən sonra şişərək gel formasına düşür. 1 il müddətində isə məhsul torpağın altında təkrar təkrar suyu depolayaraq bitkiyə zamanında geri verir və ilin sonunda parçalanaraq torpağı münbitləşdirir.

Emil Hüseynlinin sözlərinə görə məhsul hal-hazırda satışda olmasa da yaxın günlərdə bazara çıxması planlaşdırılır və 1 hektar əraziyə tələb olunan 40 kq məhsuldan əldə olunan gəlir məhsulun satış qiymətindən qat-qat çox olacaq, və təyin olunacaq qiymət fermerlərin əldə etməsi mümkün olan qiymət olacaq.

Gənc startapçının bildirib ki, su qıtlığının qlobal problem olduğundan dolayı kütləvi satış həyata keçirildikdə hissə payları qiymətlənəcək olan layihəyə hələ investisiya cəlb edilməsə də, ilkin mərhələlərin icra edilməsi üçün 150 – 300 min dollar investisiya tələb olunur.

Hal-hazırda isə komanda şəklində fəaliyyət göstərən startap KOBIA-dan 19900 manat məbləğində qrant qazanmış və mikro bizneslərə dəstək şəhadətnaməsi əldə etmişdirlər. Həmçinin, Gürcüstan qeydiyyatlı şirkət “December32” ilə müqavilə imzalamış və hal-hazırda, startapı bazara çıxarmaq üçün tələb olunan qanunauyğunluqları həyata keçirirlər.

TvPress.Az
TvPress.Azhttp://tvpress.az
TvPress İnternet Qəzeti

Related Articles

CAVAB YAZ

Şərhi daxil edin.
Adınızı daxil edin.

BİZƏ QOŞUILUN

21,992FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

XƏBƏR LENTİ