15 C
Baku
Bazar ertəsi, Aprel 29, 2024
spot_img

Ey hörmətli müəllim- PORTRET

“Həyatda ən gözəl möcüzə yaxşı bir müəlliminin olmasıdır”, – deyiblər.

Bütün liderlər, sərkərdələr öz bacarığı və uğurları üçün həmişə müəlliminə minnətdar olub.

“Müəllim yeganə sənətkardır ki, əsərinin üzərində adı yazılmır”, – deyib böyük Atatürk .

.

İnsan dünyaya gələndə əvvəlcə valideynlərini, sonra müəllimini tanıyır.

Xəstələri sağaltmağa çalışan həkimlər, dəmirə-metala həyat verən mühəndislər, hər addımında uğurlu olan iş adamları, ədalətli idarəçilər, müzəffər komandirlər, analar, atalar – hamısı müəllimin əsəridir.

.

Biz müəllimləri də həmçinin o dəyərli insan yetişdirib.Biz müəllimlərin ömrünə də onlar işıq salıb…

Həyat yalnız düz yoldan ibarət deyil, kələ-kötür, dolambac, enişi-yoxuşu olan yollar da çıxır önümüzə.

Bizi çətin yol şəraitinə də müəllim hazırlayıb, necə ki indi biz şagirdlərimizi hazırlayırıq..

.

Qazandığımız bütün uğurlar, peşəkarlığımız onun sayəsindədir.

Respublikanın əməkdar müəllimi, qabaqçıl təhsil işçisi, bizim dəyərli Valeh müəllim

.

Hamımızın fəaliyyətində onun izi var, əməyi var.38 ildir həm bizim, həm də şagirdlərin ömrünə işıq tutan insan…

Təkəbbürdən uzaq, təmtəraqdan çəkinən, əsl insan.

O, dəyərdir, yaxşlığın insan formasıdır, hörmətdir, əxlaqdır, təvazödür, doğruluqdur bizim nəzərimizdə.

Dünyada yaxşı 3 insan varsa, biri odur.

.

Valeh müəllimi tanıyan şagirdləri, onunla çiyin-çiyinə işləyən həmkarları şanslıdır ki, ömürlərindən onun kimi bir ziyalı keçib.

Yolumuza işıq salan, ömrünü əridib minlərlə vətən övladına şam olan dəyərli Valeh müəllim, var olun!

.

Böyük hörmət və minnətdarlıq hissi ilə:

N. Tusi adına Tovuz şəhər orta məktəbinin müəllim kollektivi

TvPress.Az
TvPress.Azhttp://tvpress.az
TvPress İnternet Qəzeti

Related Articles

CAVAB YAZ

Şərhi daxil edin.
Adınızı daxil edin.

BİZƏ QOŞUILUN

21,992FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

XƏBƏR LENTİ