23 C
Baku
Bazar ertəsi, Aprel 29, 2024
spot_img

Heç bilirsinizmi ki…- 40 TƏHLÜKƏLİ FAKT

1. Heç bilirsinizmi ki, kolbasanın içindəki qırmızı ət xoruz pipiyidir (bunu dişlərinizin altında hiss etmisinizmi)?

2. Heç bilirsinizmi ki, kolbasa və sosiskanın əsas xammalı “sövda” (qara öd) yaradan, zərərli və yaddaşın zəifləməsinə səbəb olan soyadır? Şahidlərin sözlərinə əsasən, sosiska və kolbasanın istehsalında ət tullantılarından və istifadəyə yararlı olmayan ətlərdən istifadə edilir. Heç bilirsinizmi ki, həzrət Peyğəmbər “inək əti xəstəlik, onun yağı dərman, südü şəfadır” buyurub?

3. Heç bilirsinizmi ki, İbn Sinanın sözlərinə əsasən dana və inək əti 16 öldürücü xəstəliyə səbəb olur və onların birincisi xərçəng, ikincisi melanxoliya (şizofreniya), üçüncüsü babasildir? “Dəli dana” xəstəliyi virus və mikrob deyil, inək proteinidir.

4. Heç bilirsinizmi ki, pasterizasiya edilmiş süddən 2 faiz yağlılıq çıxarılır və onun pasterizasiya və sterilizasiya xərclərinin yerinə ona çox təhlükəli və xərçəng amili olan natrium-benzoat qatılır?

5. Heç bilirsinizmi ki, soyuducudan kənarda 6 ay saxlamaq mümkün olan  sterilizasiya olunmuş süddə natrium-benzoatın miqdarı daha çox olur?

6. Heç bilirsinizmi ki makaron istehsalında 20 faiz sənaye mənşəli qlütendən istifadə edilir və həmin qlüten xərçəng xəstəliyinin yaranmasına səbəb olur? Həmçinin bir çox fabriklərdə makaron istehsalında un əvəzinə kiflənmiş quru çörəkdən istifadə edilir və makaron qəbizlik yaradan qidadır?

7. Heç bilirsinizmi ki, mayonez sousu elmi konfranslarda özünəməxsus tərkibinə görə “qara ciyər zəhəri” kimi təqdim edilir?

8. Heç bilirsinizmi lavaş növlü çörəklərdən (yuxa və fətir) başqa çörəklərə şişməsi üçün gömrüklərdən ölüm təklükəsi işarəsi ilə idxal edilən çoxlu qabartma tozu və çay sodası vururlar? İstifadə edilən çörəklərdə kəpək olmadığı üçün onlar ən mühüm mikroelementlərdən olan B vitaminləri qrupundan məhrumdurlar və lavaş növlü çörəklərdən başqa çörəklər onların ən zərəlisidir.

9. Heç bilirsinizmi ki, meyvə şirələri, sərinləşdirici içkilər, biskvitlər, tortlar və digər qənnadi məmulatları adi qənddən min dəfə çox şirin və qara ciyər və böyrəyin düşməni olan saxarındən hazırlanır?

10. Heç bilirsinizmi ki, sərinləşdirici içki, meyvə şirələri, tort, saqqız və sairəyə qatılan rənglər xərçəng yaradır?

11. Heç bilirsinizmi ki, sərinləşdirici içkilərin çoxunun (pepsi cola, coca cola və s.)  tərkibində  “cola” adlı narkotik maddə var və kofein və karamel də o qəbildəndir?

12. Heç bilirsinizmi ki, həkimlərin çoxunun tövsiyə etdiyi toyuq və balıq əti “bəlğəm” yaradır və infarkt və müxtəlif şişlərin yaranmasına səbəb olur?

13. Heç bilirsinizmi süni şəraitdə yetişdirilən toyuq və balıq ətində olan hormonlar müxtəlif simptomlara səbəb olur?

14. Heç bilirsinizmi ki, sənaye yolu ilə istehsal edilən sirkələr suya qatılmış sirkə turşusu məhlulu, efir yağı və rənglərdən ibarətdir və onların hamısı çox zərərlidir?

15. Heç bilirsinizmi ki, duru yağ, məsələn günəbaxan yağı həqiqi yağ olsa, onun qiyməti indikindən 10-15 dəfə baha olmalıdır, amma onlar indi bir kiloqram günəbaxan dənəsindən də ucuz satılırlar?

16. Heç bilirsinizmi ki, duru yağların tərkibinin böyük hissəsi neftdən alınan yeyinti parafinidir və o, qanın xolesterini artıraraq qanın yağlanmasına və digər simptomlara səbəb olur və öldürücüdür?

17. Heç bilirsinizmi istixana xiyarlarının parlaq görünməsi üçün onlara yağ sürtülür və həmin xiyarlar günəş şüası görmədiyi üçün təhlükəlidir və xərçəng xəstəliyinin yaranmasına səbəb olur?

18. Heç bilirsinizmi ki, banan cənubda isti hava şəraitində yetişdirilmək əvəzinə müxtəlif şəhərlərdə, o cümlədən şimal şəhərlərində, özü də karbidlə bir neçə günün içində kütləvi şəkildə yetişdirilir və bir sira xəstəliklərin yaranmasına səbəb olur və ümumiyyətlə bilirsinizmi ki, banan qəbizlik yaradır?

19. Heç bilirsinimzi ki, sənaye yolu ilə limon suyu istehsal edən zavodların çoxuna hətta bir dənə də limon daxil olmur və həmin limon suları bəzi essensiyalar və hidroxlor turşusu əlavə etməklə saman suyundan hazırlanır və limon suyunun çöküntü verməməsinin də səbəbi elə budur?

20. Heç bilirsinizmi ki, marqarın barədə (onun bitki mənşəli olması haqda) deyilənlər yalandan başqa bir şey deyil və onun əsas xammalı neft, bəzi ölkələrdə isə insan ifrazatıdır? Və heç bilirsinizmi ki, o, ürəyin koronar arteriyalarında ateromanın yağlı lövhələrinın yaranmasına və ürəyin işemik xəstəliklərinə  səbəb olur və “bitki mənşəli marqarın sizin ürəyinizin dostudur” şüarı ümumi kütlənin aldadılmasından başqa bir şey deyil?

21. Heç bilirsinizmi ki, sərinləşdirici qazlı içkilər qara ciyər hüceyrələrini zədələyir və tərkibində natrium-benzoat  və kofein olduğu üçün aramsızlığa və ürəyin qeyri-sabit döyünməsinə səbəb olur.

22. Heç bilirsinizmi ki, sərinləşdirici qazlı içkilərin tərkibindəki karbon dioksid qazı osteoporoz xəstəliyinin yaranmasına səbəb olur? Onda olan fosfor və ortofosfat turşusu sümüyün səthindəki kalsiumun düşmənidir və sümüyün yumşalmasına səbəb olur. Bir sərinləşdirici qazlı içki altı boşqab düyü qədər kökəltmə qabiliyyətinə malikdir və sənaye yolu ilə istehsal edilən şərbətlərin zərəri də həmin qazlı içkilərdən az deyil.

23. Heç bilirsinizmi ki, sərinləşdirici qazlı içkilərin tərkibində olan şəkər maddəsi dişlərin çürüməsinə səbəb olur? (Sınıq diş həmin qazlı içkinin içində 7 saat qalandan sonra əriyir)

24. Heç bilirsinizmi ki, mayonez soususunun tərkibində olan konservant (kalium sorbat və natrium-benzoat) xərçəng yaradır?

25. Heç bilirsinizmi ki, mayonez sousu dəri və üzdəki sızanaqlara yeməklərin hamısından çox zərərlidir?

26. Heç bilirsinizmi ki, Böyük Britaniyada aparılan elmi araşdırmalardan qarğıdalı çubuğunun uşaqlarda sonsuzluğa, həmin qarğıdalı çubuğunun tərkibində olan tartrazin maddəsi (qırımızı-narıncı rəngli maddə) uşaqlarda davranış pozğunluğu, iztirab, aqressiya və əsəbiliyə səbəb olur?

27. Heç bilirsinizmi ki, ağ çörək şəkər və xərçəng xəstəliyi yaradır. Əla növ undan hazırlanmış bütün qidalar da həmçinin. Yalnız kobud üyüdülmüş kəpəkli unlar (1-ci, 2-cü, 3-cü sort unlar) faydalıdır. Bu növ unlar isə faydalı olduğu üçün naməlum qüvvənin göstərişi ilə 20 ilə yaxındır ki, satışdan yığışdırılıb.

28. Heç bilirsinizmi ki, qarğıdalı çubuqlarının tərkibinə vurulan pendirlər adətən turş (xarab), iylənmiş və istifadə tarixi keçmiş pendirlər olur? Araşdırmalara əsasən qarğıdalı çubuqlarının yapışqanlığı dişlər 7 dəfə fırçalana kimi təmizlənmir və iştahsızlığa səbəb olur.

29. Heç bilirsinizmi ki, tez-tez düyü yemək qatılaşmasına və qəbizliyə səbəb olur?. Bundan əlavə, çoxlu düyü qəbul etmək damarların tutulmasına, öd kisəsi və böyrəkdə daşların yaranmasına səbəb olur.

30. Heç bilirsinizmi ki, qara çay qanazlığı, aritmiya,  həzm sisteminin pozğunluğu, dərinin qırışması və saçların tökülməsinə səbəb olur? Yaşıl çay isə möcüzəvi müalicəvi dərmandır.

31. Heç bilirsinizmi ki, ağ şəkər qara ciyər hüceyrələrində maddələr mübadiləsinin pozulmasına səbəb olur və qənd və şəkərdə olan ağardıcı maddələr də çox zərərlidir?

32. Heç bilirsinizmi ki, qənd və şəkər, şəkər çuğunduru və şəkərqamışının artıq tullantısıdır və onların dəyərli maddələri heyvanlara verilir?

33. Heç bilirsinizmi ki, heyvanların başını kəsəndə onların toxumalarına stress hormonları ifraz olur və o, zərərlidir?

34. Heç bilirsinizmi ki, toyuqlara müxtəlif və çoxsaylı antibiotiklər, hormonal yemlər verilir və bu, istehlakçılar arasında mikrob infeksiyalarının aşkar olma və yayılma faizini artırır? Fransızların apardığı araşdırmalara əsasən broyler toyuqları günəş şüasından məhrum olduqları üçün çox zərərlidir.

35. Heç bilirsinizmi ki, çipsidə olan trans yağ turşuları dəfələrlə hərarətə məruz qaldığına görə xərçəng yaranmasına səbəb olur?

36. Heç bilirsinizmi ki, sənaye yolu ilə istehsal edilən bütün balıq konservləri, digər konservlər, kompotlar, sirkə, limon suyu, abqora, tomat, dondurma, şokolad, kakao və biskvitlər, bir sözlə zavodda istehsal edilən və qablaşdırılan qida məhsulları müxtəlif səbəblərdən zərərli, xərçəng mənbəyi və öldürücüdür?

37. Heç bilirsinizmi ki, paslanmayan polad qablar yeməyə qurğuşun buraxır və xərçəng yaranmasına səbəb olur? Həmçinin bilirsinizmi ki, teflon qablar teflon layı xarab olduğu üçün xərçəng amilidir?

38. Heç bilirsinizmi ki, alüminium qablar qanazlığı, alzeymer, sinir zəifliyi və əllərin əsməsinə səbəb olur? Həmçinin minalanmış qabların tərkibində qurğuşun olur və xərçəng törədir. Tezbişirən qablar, mikrodalğalı sobalar və elektrik yemək qızdırıcı aparatlarının hamısı zərərlidir.

39. Heç bilirsinizmi ki, hazırda mövcud olan plastik diş fırçaları dişin mina qatının xarab olmasına, eləcə də tərkibində flüor olan diş pastaları dişlərin çürüməsinə səbəb olur?

40. Heç bilirsinizmi ki, uşaqlarınıza aldığınız mağaza şirniyyatları və süni şirələr onları məhv edir, bu mçəhsullıara vurulan MSG (mono sodium qlükonat) adlı maddə təbii qidalara ikrah yaradır, narkotik effekt verir, uşağınızın immuniteti sıfıra düşür və çoxsaylı xəstləliklərə düçar olur.

A.Mehdiyev

TvPress.Az
TvPress.Azhttp://tvpress.az
TvPress İnternet Qəzeti

Related Articles

CAVAB YAZ

Şərhi daxil edin.
Adınızı daxil edin.

BİZƏ QOŞUILUN

21,992FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

XƏBƏR LENTİ