16 C
Baku
Bazar ertəsi, Aprel 29, 2024
spot_img

Azərbaycan Qol Güləşi Federasiyasının fəxri prezidenti dünyasını dəyişib

Azərbaycan Qol Güləşi (Armreslinq) Federasiyasının təsisçisi və prezidenti kimi fəaliyyət göstərmiş, sonradan Federasiyanın fəxri prezidenti kimi qalan Rəhim Rəsulov uzun sürən xəstəlikdən sonra haqq dünyasına qovuşdu. Bu barədə mərhumun qardaşı oğlu, tanınmış jurnalist Rövşən Rəsulov Feysbuk sosial şəbəkəsində məlumat verib.

“Rəhim Rəsulov Azərbaycanda idmanımızın inkişafına, yeniyetmə və gənclərimizdə vətənpərvərlik ruhunun aşılanmasına kifayət qədər öz töhfəsini vermiş mükəmməl pedaqoq və ziyalılarımızdan biri idi. O, ömrünün son anlarına qədər missiyasına sadiq qaldı, daim yetişdirdiyi idmançıları diqqətində saxladı, uğurlu gələcəklərinin müəyyənləşməsi yönündə onlar üçün mayak rolunu oynadı. Rəhim müəllim Azərbaycan Qol Güləşi (Armreslinq) Federasiyasının təsisçisi və prezidenti kimi fəaliyyət göstərib. Sonradan bu vəzifəsini gənclərə təhvil verərək Federasiyanın fəxri prezidenti kimi qalıb.

Rəhim Rəsulov əslən Qərbi Azərbaycanın Zəngibasar rayonundan olduğu üçün hər zaman öz yurdu üçün alışıb-yanıb. Bu baxımdan, onun da tövsiyəsi daxil olmaqla digər təşəbbüskarları ilə birgə İRƏVAN futbol klubunun yaradılması istiqamətində bütün imkanlarını səfərbər edib. Təəssüf ki, o bütün planlarını axıra qədər realizə edə bilmədi, ömür vəfa etmədi. Lakin bu gün onun arzularını reallaşdıracaq yüzlərlə sağlam ruhlu gənclər var.

Allah Sizə rəhmət eləsin, ağsaqqalım və əmim, ruhunuz şad, yeriniz cənnətməkan olsun, amin!”- deyə jurnalist yazıb.

Biz də mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət diləyirik.

TvPress.Az
TvPress.Azhttp://tvpress.az
TvPress İnternet Qəzeti

Related Articles

CAVAB YAZ

Şərhi daxil edin.
Adınızı daxil edin.

BİZƏ QOŞUILUN

21,992FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

XƏBƏR LENTİ