17 C
Baku
Bazar ertəsi, Aprel 29, 2024
spot_img

Bakıda dünya standartlarına uyğun yeni stomotoloji klinikanın açılışı olub- REPORTAJ

Yasamal rayonu Mirəli Seyidov küçəsi 19 a ünvanında yerləşən klinikanın açılış mərasimində tanınmış incəsənət xadimlərinin iştirakı ilə maraqlı konsert proqramı nümayiş olunub. TvPress.Az xəbər verir ki, mərasimdə çıxış edənlər “LoftDdent” stomotoloji klinikasında yaradılmış şəraitdən və göstərilən xidmətlərdən danışıb, klinika əməkdaşlarına işlərində uğurlar arzulayıblar.

Daha sonra iştirakçılar yeni stomotoloji mərkəzlə tanış olublar. Ən müasir interyer dizayna malik klinikada dünya stamotologiyasının ən modern texnologiyalarından istifadə olunur. Klinikada ən son texnologiya olan 3D rentgen aparatı və dişlərin üz quruluşuna uyğun modellərinin elektron formada hazırlanmasını təmin edən müasir cihazlar var. Klinika binasında tempratur və havalandırma smart sistemlər vasitəsilə idarə olunur.

Klinikada xüsusi laboratoriya, cərrahiyyə şöbəsi, texniki şöbə və 6 həkim kabineti fəaliyyət göstərir. Ən peşəkar həkimlərin çalışdığı “Loftdent” klinikasında bütün növ stomotoli xidmətlər göstərilir. Yüksək xidmət, steril şərait və peşəkar həkimlər müştərilərə binadan çıxmadan dişləri ilə bağlı bütün işlərini qısa müddətdə həll etmək imkanı yaradır. Klinikanın ilk müştərilərindən olan Nailə Abbasova da yüksək səviyyəli xidmətlərdən və münasib qiymətlərdən razılığını bildirdi.

Burada dişlə bağlı problemləri olan pasiyentlər üçün bütün imkanlar var və onların rahatlığı üçün hər cür şərait yaradılıb. “Loftdent” klinikasının direktoru Alimə Əliyeva stomotoloji mərkəzin ölkədə ən müasir tibb ocaqlarından olduğunu dedi.

Bəs “Loftdent” klinikası paytaxtımızdakı digər stomotoloji mərkəzlərindən nə ilə fərqlənir? Klinikanın sahibi Vüqar Abbasov ölkədə bu cür texniki imkanlara və peşəkar həkim kadrlarına malik stomotoloji klinikaların çox olmasının vacibliyini dedi və özlərinin əsas üstünlük verdikləri məqamın yüksək xidmət keyfiyyəti olduğunu bildirdi.

Qeyd edək ki, açılış münasibətilə ilk 10 gündə klinikada pasiyentlərə qiymətlərdə 50 faiz güzəşt tətbiq olunur.

Açılış məraisimdən hazırlanmış reportaja buradan baxa bilərsiniz

TvPress.Az
TvPress.Azhttp://tvpress.az
TvPress İnternet Qəzeti

Related Articles

CAVAB YAZ

Şərhi daxil edin.
Adınızı daxil edin.

BİZƏ QOŞUILUN

21,992FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

XƏBƏR LENTİ