23 C
Baku
Bazar ertəsi, Aprel 29, 2024
spot_img

Dövlət işçilərinə “Əlilliyi olan şəxslərlə peşəkar etik ünsiyyət” mövzusunda təlim keçilib

“Bakı, Gəncə şəhərləri, Qusar, Quba, Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində paytaxtda dövlət qurumlarının əməkdaşlarından ibarət yaradılan Kordinasiya Şurasının üzvülərinə təlim təşkil olunub.

Təlimin keçirilməsində məqsəd əlilliyi olan qadın və qızlara qarşı dövlət, vətəndaş cəmiyyəti və özəl təşkilatlarının iştirakı ilə ictimai yerlərdə olan münasibətin dəyişməsi və onlara qarşı olan zorakılıq hallarının qarşısının alınması, onlar üçün icitmai xidmətlərin müyəssərliyinin və keyfiyyətinin yaxşılaşdırılmasıdır. Təlimdə əsasən dövlət təşkilatlarının işçiləri və xidmət personalı əməkdaşları üçün əlilliyi olan qadınlar və qızlara diqqət yetirməklə əlilliyi olan insanlarla peşəkar etik ünsiyyət üzrə praktiki bacarıqlar ilə bağlı təlimatlanma aparılmışdır.

Təlim zamanı peşəkar təlimçi Günel İbrahim qızı sosial, səhiyyə, ədliyyə, məşğulluq, təhsil, hüquq mühafizə sahələrində fəaliyyət göstərən qurumların əməkdaşları üçün müxtəif növ əlilliyi və kommunikaisya çətinlikləri olan qadın və qızlarla peşəkar etik ünsiyyət və onlara xidmət göstərməyə dair kommunikativ bilik və bacarıqlara diqqət çəkib.

Təlim aşağıdakı sahələri əhatə edib:

Birgə yaşamaq mədəniyyəti ;

Etik davranıış qaydaları;

Əlilliyi olan qadınlarla davranış etikası; Öhdəliklərimiz;

İctimaiyyətin vəzifəsi;

Beyin alimlərinin ixtiraları əsasında davranış kodları;

Emosional zəka meyyarları;

Xüsusi bədən dili;

İş mühitində qeyri verbal göndərmələr xəritəsi;

Nitq Formulaları: Xarizmatik nitq. Mütəxəssis nitqi. Motivasiya nitqi;.

Narazılıqları sürətli dəf etmə texnikası;

Neyro Estetika- beyin məşqləri. Stresədavamlılıq.

Tədbir “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi tərəfindən qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə həyata keçirilir. İcrasına 2022-ci ilin sentyabr ayından başlanılan layihənin müddəti 36 aydır. (bugun.tv)

TvPress.Az
TvPress.Azhttp://tvpress.az
TvPress İnternet Qəzeti

Related Articles

CAVAB YAZ

Şərhi daxil edin.
Adınızı daxil edin.

BİZƏ QOŞUILUN

21,992FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

XƏBƏR LENTİ