13 C
Baku
Çərşənbə, May 8, 2024
spot_img

Elçin Bayramlı: “Korrupsiyanın qarşısını almaq üçün bu 3 səbəb aradan qalxmalıdır”

“Tarix boyu rüşvətsiz dövlət, cəmiyyət bu günə qədər olmayıb, heç vaxt da olmayacaq, bu gün də yoxdur”

TvPress.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında çıxış edən Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq-jurnalist Elçin Bayramlı deyib.

Onun sözlərinə görə, sadəcə olaraq, burada səviyyə və kəmiyyət fərqləri var: “Burada çoxsaylı səbəblər var. Bu da cəmiyyətlərin sosial-psixoloji durumundan, sosial-iqtisadi vəziyyətindən və dövlətlərin iradəsindən asılıdır. Bunların hamısı birlikdə olmalıdır, hətta hamısı olduqda belə tam qarşısını almaq mümkün deyil. Az hallarda da olsa, insan xislətində daha yuxarıda olmaq, imkanlı olmaq istəyi olur. Bunun qarşısını tək qanunlarla almaq olmaz. Yalnız sosial-iqtisadi, ictimai-psixoloji vəziyyətimiz düzəldikcə bu məsələlər aradan qalxacaq.

Biri də var rüşvət almağa məcbur edən səbəblərin yaranması. Məsələn, bir məmura 300-500 manat maaş versək, ondan rüşvət almamağı tələb edə bilmərik. Düzdür, almamalıdır, maaş qane etmirsə, həmin işdə çalışmamalıdır. Amma başqa yerdə iş tapmaq imkanı olmayacağından, məcbur olur bu addımı atmağa.

Lakin bir digər məsələ isə odur ki, maaşlar qalxanda da bu hal azalmır. Bəzi sahələrdə 10 il qabaq maaşlar yüksək səviyyədə qaldırıldı. Ümid edilirdi ki, rüşvət halları aradan qalxacaq. Amma nəticə gözlənilən kimi olmadı. Demək, təkbaşına heç bir üsul effekt vermir. Nə sosial-iqtisadi cəhətdən təmin etmək, nə də maarifləndirmək, vicdan məsələsi burada effekt vermir. Kapitalizm cəmiyyətində daha yaxşı yaşamaq uğrunda mübarizə gedir, hər kəs daha üstün olmaq istəyir. Heç bir işdə halal yolla bunu etmək mümkün deyil. Bəlkə də mümkündür, amma çox az hallarda. Ona görə də insanlar rüşvətə əl atacaq”.

Sosioloq onu da qeyd edib ki, dövlət bu sahədə öz üzərinə düşən islahatları edir: “Bir neçə gün öncə Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı təsdiq edilib. Detallarına qədər analiz etdim. Bu günə qədər bu səviyyədə proqram xarakterli sənəd qəbul edilməyib. Korrupsiya ilə mübarizə istiqamətində müəyyən qərarlar, qanunlar var idi, amma bu, həddən artıq fundamentaldır, hər şey dəqiqliklə nəzərə alınıb. Proqramda müasir texnologiyaların tətbiqi nəzərdə tutulub. Proqram işin 50 faizidir, növbəti 50 faizi isə bunu həyata keçirmək mexanizmidir. Dövlət inzibati üsullarla bunun qarşısını ala bilməz. Praktik olaraq mümkün deyil, hər yeri, hamını güdmək olmaz. Tək dövlət bunu bacara bilməz. Burada ictimai dəstək lazımdır, insanların mənəvi-psixoloji hazırlığı və ölkədə sosial-iqtisadi vəziyyət insanı rüşvət verməyə və ya almağa məcbur qoymamalıdır. Bu üç amilə kompleks şəkildə baxsaq, rüşvətin qarşısını 100 faiz də olmasa, 90 faiz almaq mümkündür”.

Könül Cəfərli

TvPress.Az
TvPress.Azhttp://tvpress.az
TvPress İnternet Qəzeti

Related Articles

CAVAB YAZ

Şərhi daxil edin.
Adınızı daxil edin.

BİZƏ QOŞUILUN

21,992FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

XƏBƏR LENTİ