15 C
Baku
Cümə axşamı, May 9, 2024
spot_img

“Suqovuşan Fatehi” təqdim edildi

Prezident təqaüdçüsü, Uğur Gənclər Qrupunun rəhbəri Günel Əliqızın təşəbbüsü ilə 44 günlük  Vətən Müharibəsinin qəhrəmanlarından biri Ədilov Səid Həsən oğlunun xatirəsini əbədiləşdirmək məqsədi ilə “Suqovşan Fatehi” filminin Bərdə şəhərində Mədəniyyət mərkəzində təqdimat mərasimi baş tutub.

Təqdimat mərasimində şəhid ailələri, qazilər, jurnalistlər, rayon ictimaiyyəti, mədəniyyət nümayəndələri, idarə və müəssələrin təmsilçiləri iştirak edib. Şəhidin döyüş yolu, uşaqlıq xatirələri, arzularından söz açan ailə üzvləri iştirak ücün hər kəsə təşəkkür edib.

Rayon rəhbərliyi, ölkə başçısı İlham Əliyevə və Mehriban xanıma şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə təşəkkür edib. Günel Əliqızı tədbirlər silsiləsinin davam edəcəyini, filmin nümayişinin müxtəlif bölgələrdə nəzərdə tutulduğunu vurğulayıb. Qeyd edək ki, filmin rejissoru Ramin Bağırovdur.

TvPress.Az
TvPress.Azhttp://tvpress.az
TvPress İnternet Qəzeti

Related Articles

CAVAB YAZ

Şərhi daxil edin.
Adınızı daxil edin.

BİZƏ QOŞUILUN

21,992FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

XƏBƏR LENTİ