23 C
Baku
Bazar ertəsi, Aprel 29, 2024
spot_img

Bibisi-nin balası – KÜNCDƏN BAXIŞ

Elçin Bayramlı

Beynəlxalq Böhranyaratma Sistemi (BBS) necə işləyir və ya Qərb mediası niyə həmişə terrorçuları müdafiə edir?

Dünyada bir sıra iri media quruluşları var ki, özlərini dünya səviyyəli obyektiv xəbər mərkəzi kimi təqdim edirlər. Belə media sistemlərinin kimlər tərəfindən və nə məqsədlə yaradıldığı çoxlarına aydın olsa da, bu, onlara dünya miqyasında dezinformasiya kampaniyası aparmaqda mane olmur. Qlobal arenada yalnız ABŞ və bəzi Qərbi Avropa dövlətlərinin mənafelərini müdafiə edən bu media orqanları yalançı təbliğat maşını funksiyasını “vicdanla” yerinə yetirirlər.

Dünyanın əksər ictimai-siyasi xadimləri, media quruluşları Azərbaycanın öz qanuni ərazisində- Qarabağın seperatçılar və terrorçular tərəfindən grirov saxlanan rayonlarında anti-terror tədbirlərinin olduqca humanist formada keçirildiyini deyərək təqdirlə qarşılasa da, bəzi media orqanları bunu etnik təmizləmə kimi qələmə verməyə və beynəlxalq hay-həşir salmağa girişdilər. Bunlardan biri də BBS-dir. Halbuki, bu media quruluşu və onun kimi bəzi digərləri əsil etnik soyqırımı- ermənilərin azərbaycanlılara qarşı terrorunu bir dəfə də dilə gətirməyiblər. Problemə işğala məruz qalanın yox, işğalçı ölkənin tərəfindən yanaşıblar. Bəs harda qaldı beynəlxalq hüquq, ədalət, obyektivlik, media etikası?

İndi Azərbaycan təhlükəsizlik qüvvələri Qarabağda erməni əhalini girov saxlayan silahlı terrorçuları zərərsizləşdirəndə, dövlətimiz oradakı mülki əhaliyə yardımlar edəndə, onların vətəndaşlığı qəbul edərək ölkədə yaşamaları üçün hər cür şərait yaratmağa başlayanda bunu niyə görmədilər? Orada yaşayan ermənilərin dünya mediasına dediklərini də eşitmədilərmi? Hansı ki, onlara qarşı heç bir pis davranış olmadığını, əksinə, hər cür kömək edildiyini dedilər. Azərbaycan polisinin erməni əhaliyə necə həssas yanaşdığını, onlara su və yemək payladığını bütün dünya gördü.

Sadəcə 35 il sürən münaqişədən bezmiş və Qarabağda indiyədək terrorçu rejimin girov saxladığı ermənilərin bir çoxu Azərbaycan qüvvələri tərəfindən bu girovluqdan azad edildikdən sonra könüllü olaraq Ermənistana köçməyə qərar verdilər. Onlara qarşı heç bir təzyiq və təhlükə olmadığına ərazidə nəzarət funksiyası həyata keçirən Rusiya Sülhməramlı Korpusu da şahid oldu.

Əcnəbi ekspertlərin də etiraf etdiyi kimi, Azərbaycan təhlükəsizlik qüvvələri anti-terror tədbirlərini elə həyata keçirdilər ki, bir nəfər mülki şəxsin belə burnu qanamadı, yalnız silahlı müqavimət göstərən terrorçular zərərsizləşdirildi. Hansı ki, bu terrorçular bu bir günlük anti-terror əməliyyatı zamanı mülki şəxslərin arxasında gizlənməklə şiddətli müqavimət göstərərək 200 civarında əsgərimizi şəhid etmişdilər. Amma bununla belə Azərbaycan tərəfi məsələyə qisas hissi ilə yanaşmadı, öz vətəndaşlarını terrorçuların girovluğundan azadetmə əməliyyatı kimi baxdı.

Bundan Ermənistan hakimiyyətinin ağaları, erməni lobbisinin və ermənilərin daimi havadarları (əsasən ABŞ və Fransa) rəncidə oldular və onların bəzi media quruluşları dezinformasiya kampaniyasına başladılar. Belə çıxır ki, bu seperatçılar və terrorçular bunların necə deyərlər balalarıdır.

Bu deyilənləri nəzərə aldıqda, qəti şəkildə və inkaredilməz formada bunları söyləyə bilərik bunlar demokratik və obyektiv deyil, yeritdikləri siyasət, üstün tutduğu prinsiplər demokratiyaya, insan haqlarına ziddir. Xüsusən də Qarabağ məsələsində. Belə olmasaydı, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımları qınayar, 30 ildir işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmasını tələb edərdi, olmayan bir “erməni soyqırımını” Türkiyənin gözünə soxmazdılar.

BMT-nin qətnamələrinin yerinə yetirilməsini, beynəlxalq hüquq və ədalətin təmin olunmasını onların əvəzindən Azərbaycan böyük qurbanlar bahasına həyata keçirdi. Halbuki, bu dövlətlər bu münaqişəni tez bir zamanda həll etməklə bağlı beynəlxalq öhdəlik götürmüşdülər.

Cənablar, beynəlxalq hüququ belə tapdalamaq, ədaləti belə zorlamaq olmaz. Özünüz bununla bağlı bir nümünə göstərib, sonra başqalarından nəsə tələb edə bilərsiniz. Yoxsa, Molla Nəsrəddinin sözü olmasın, “mənim dediklərimi edin, etdiklərimi etməyin” prinsipi ilə dünyada söz sahibi ola bilməzsiniz.

TvPress.Az
TvPress.Azhttp://tvpress.az
TvPress İnternet Qəzeti

Related Articles

CAVAB YAZ

Şərhi daxil edin.
Adınızı daxil edin.

BİZƏ QOŞUILUN

21,992FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

XƏBƏR LENTİ